Menu
Geri İrəli

Sumqayıtda axtarışda olan dəstə üzvləri tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2016 • Baxış sayı: 919 dəfə • Şərh yoxdur
Sumqayıtda axtarışda olan dəstə üzvləri tutulub.
 hebs23
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Nəbi Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşları Miri və  İmranı döyməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Səfərov, Ehtiram Əliyev, Pərviz Quliyev və Bakı şəhər sakini Fərid Əsgərov tutulublar.
Onların ətraflarında aparılmış əməliyyat tədbirləri ilə adıçəkilən şəxslərin iyulun 25-də Sumqayıt şəhər sakini Ziyafət Novruzova bıçaqla az ağır zərər yetirmələri, 2013-cü il noyabrın 4-də Əflatun Seyidova qarşı xuliqanlıq etmələri, ötən il dekabrın 12-də Babək Allahverdiyevə bıçaqla  xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaları, habelə yanvarın 22-də Röyal Səfərovun münaqişə zəminində Fərid Əsgərova bıçaqla xəsarət yetirməsi də müəyyənləşdirilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın