Menu
Geri İrəli

Sumqayıtda “Azərsu”nun sədr müavini qəzaya düşdü – Direktor müavini və sürücü öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 3 May 2016 • Baxış sayı: 1,668 dəfə • Şərh yoxdur

tecili yardim“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov qəzaya düşüb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamsında sədr müavinin qəzaya düşdüyünü təsdiqləyib: “Teyyub Cabbarov qəzada yüngül xəsarət alıb. Hazırda evdədir, özünü yaxşı hiss edir”.
A. Cəbrayıllı qeyd edib ki, qəzada həlak olanlardan iki nəfərdən biri Teyyub Cabbarovun sürücüsü, digəri isə “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərovdur.

Qeyd edək ki, hadisə bu gün saat 16:00 radələrində “Stansiya Sumqayıt” adlanan ərazidə qeydə alınıb. Belə ki, Teyyub Cabbarov xidməti maşınında tək olmayıb, sürücüsü ilə yanaşı qurumun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov da avtomobildə olub.

Teyyub Cabbarovun olduğu “Toyota-avalon” markalı maşın “Qaz-31″lə toqquşub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın