Menu
Geri İrəli

Sumqayıtda azyaşlı cibgirlər dəstəsi tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2016 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

cibgirAvqustun 4-də Binəqədi rayonunun Novxanı qəsəbəsindəki dəniz çimərliyində Abşeron rayon sakini Rəhimə Qasımovaya məxsus içərisində 50 manat pul, 2 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi olan çanta oğurlanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, oğrular tutulub. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Mirhikmət Həmidov və onunla birlikdə olan 4 nəfər azyaşlı saxlanılıb.
Modern.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın