Menu
Geri İrəli

Sumqayıtda baş verən dəhşətli qətlin bəzi təfərrüatları ortaya çıxıb

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2017 • Baxış sayı: 1,274 dəfə • Şərh yoxdur

Sumqayıtda baş verən dəhşətli qətlin bəzi təfərrüatları ortaya çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Quliyev Rüfət Salman oğlu evinə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Hətəmov Ramiz Yunis oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Quliyev R.Hətəmovu balta ilə qətlə yetirib. Bildirilib ki, hər iki şəxs müəyyən vaxta eyni cəzaçəkmə müəssisəsində cəza çəkiblər. Onlar aralarında yaxın dostluq münasibətləri olub. Hazırda araşdırma aparılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq araşdırılması başlayıb.

12:12

Sumqayıt sakini tanışını balta ilə başı kəsib.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Corat qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Rüfət Quliyev evində münaqişə zəminində tanışı, əvvəllər məhkum olunmuş Ramiz Hətəmovun baş nahiyəsinə balta ilə xəsarət yetirib. R.Hətəmov aldığı xəsarətdən hadisə yerində ölüb.

R.Quliyev könüllü ŞPİ-yə gələrək istintaqa təslim olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın