Menu
Geri İrəli

Sumqayıtda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2017 • Baxış sayı: 355 dəfə • Şərh yoxdur

deniz2Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xidmətin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın