Menu
Geri İrəli

Sumqayıtda bina yandı – 2 nəfər tüstüdən zəhərlənib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2017 • Baxış sayı: 2,147 dəfə • Şərh yoxdur
Share Button

0d881e8db1791bc931a455f6e3cf2a85Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım xidmətinə təhvil verilib və mənzillərdən 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın 45-ci məhəllə, 14 mərtəbəli binanın 10-cu mərtəbəsində baş veriib.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın