Menu
Geri İrəli

Sumqayıtda bina yandı: 30 sakin təxliyə olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2017 • Baxış sayı: 2,818 dəfə • Şərh yoxdur

Yanqin-zaprafkaSumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın olub.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanmışdır. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib.

Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində baş verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın