Menu
Geri İrəli

Sumqayıtda binada yanğın: 1 nəfər zəhərləndi, 10 nəfər təxliyə olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2016 • Baxış sayı: 1,296 dəfə • Şərh yoxdur

yangin_sondurme2Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın