Menu
Geri İrəli

Sumqayıtda binada yanğın olub, 12 nəfər təxliyə edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2015 • Baxış sayı: 933 dəfə • Şərh yoxdur

building_fire_080514Sumqayıtda binada yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 2 kv.m sahədə, 1 ədəd televizor və eyvanın qapısı qismən yanıb.

Yanğın zamanı mənzillərdən 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın