Menu
Geri İrəli

Sumqayıtda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2014 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər təcili tibbi yardım stansiyasından AzərTAc-a bildirmişlər ki, hadisə fevralın 3-də saat 4:10–da baş vermişdir. Şəhər təcili tibbi yardım stansiyasına daxil olmuş məlumatla əlaqədar 5 həkim briqadası dərhal ailənin yaşadığı ünvana gəlmişdir. Ailənin ağır vəziyyətdə olan 5 böyük, 2 azyaşlı üzvünə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya yerləşdirilmişlər. Hazırda zərərçəkənlərin vəziyyəti normaldır.
Faktla bağlı şəhər polis idarəsində araşdırma aparılır. Ətrabə Rzayeva

tecili yardim

Facebook Şərhləndirmə:

Şərhinizi yazın