Menu
Geri İrəli

Sumqayıtda cibgirlik edən qadın həbs olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2015 • Baxış sayı: 584 dəfə • Şərh yoxdur

hebs_qadin00Sumqayıtın 63 yaşlı qadın sakininin daha bir cinayət əməli müəyyən edilib.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, BŞBPİ Cinayət-Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il cibgirlik yolu ilə oğurluq cinayətlərində şübhəli bilinən dəstənin qadın üzvünün daha bir cinayət əməli müəyyən edilib.

Bəlli olub ki, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi tərəfindən tutulan Sumqayıt şəhər sakini, 1952-ci il təvəllüdlü Məleykə Şamilova 2014-cü il noyabrın 11-də səhər saatlarında Ə.Ağaoğlu küçəsində Bakı şəhər sakini, Vəsilə Muradovanın da əl çantasından 200 manat, şəxsi sənədləri və mobil telefonunu talayıb.

Qeyd edək ki, 63 yaşlı V.Muradova əvvəllər də məhkumluq həyatı yaşayıb.
- See more at: http://teleqraf.com/news/42760#sthash.VNhtlmdV.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın