Menu
Geri İrəli

Sumqayıtda DƏHŞƏT: Yük maşını yolun ortasında qalan şəxsin üstündən keçdi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2016 • Baxış sayı: 434 dəfə • Şərh yoxdur

tecili-yardim-021Sumqayıt şəhəri ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Quba-Rusiya sərhədi magistralının 44-cü kilometrliyində 1980-ci il təvəllüdlü Əliyev Nizami Eldar oğlunun idarə etdiyi “KİA Sportage” markalı minik avtomobili 1937-ci il təvəllüdlü Qasımov Əlişirin Xudaşirin oğlunu vurub. Sürücü dərhal avtomobildən düşərək xəsarət alan 79 yaşlı kişiyə kömək etməyə çalışıb. Bu zaman yüksək sürətlə yaxınlaşan yük maşını yolun ortasında qalmış piyadanın üstündən keçib. Ə.Qasımov hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın