Menu
Geri İrəli

Sumqayıtda dəhşətli hadisə: 6 yaşlı uşaq yanaraq öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2017 • Baxış sayı: 2,382 dəfə • Şərh yoxdur

Sumqayıtda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat  21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın