Menu
Geri İrəli

Sumqayıtda dəhşətli hadisədə ölənlərin adları bilindi – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2017 • Baxış sayı: 2,087 dəfə • Şərh yoxdur
Share Button

teciliÖtən gecə Sumqayıtda baş vermiş dəhşətli qəzada ölən şəxslərin adları müəyyənləşib. Lent.az xəbər verir ki, Bakı-Quba-Rusiya sərhədi yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində “KamAZ” markalı yük maşınına çırpılan “Mercedes”də ölən şəxslərin 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu, 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu və Novruzov Azad Novruz oğlu olması məlum olub. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə ağır xəsarət alıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın