Menu
Geri İrəli

Sumqayıtda dəhşətli qəza -4 ölü+Foto+Yenilənib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2016 • Baxış sayı: 1,925 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ağır vəziyyətdə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralılardan biri koma vəziyyətində, digəri isə ağır kəllə-beyin travması və bədənin müxtəlif yerlərinin qapalı sınığı ilə şöbəyə qəbul edilib.

Yaralılar iki qardaş – Abşeron rayon Saray qəsəbəsi sakinləri Bayramov Elçin Yusif oğlu Bayramov Əliyar Yusif oğludur.

Yol qəzası nəticəsində 4 nəfər dünyasını dəyişib. Bundan əvvəl 6 nəfərin öldüyü bildirilirdi.

x x x

23:03

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yol qəzası avqustun 30-da saat 22:20 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, “Volkswagen Passat” markalı “99-DZ-632″ dövlət nömrə nişanlı avtomobil “Lada 110″ markalı “60-BS-663″ dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerində 3 təcili tibbi yardım briqadası gəlib.

Hadisəyə səbəb kimi “Volkswagen Passat”ın Qubadan Bakı istiqamətində hərəkət edən “Lada 110″ markalı avtomobilin yoluna çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

qeza666 qerza77 qeza66 qeza88 qeza333

Facebook Şərhləndirmə:

Şərhinizi yazın