Menu
Geri İrəli

Sumqayıtda dəhşətli qəza: avtomobil dayanacağa çırpıldı – ölən və ağır yaralı var – VİDEO+FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2016 • Baxış sayı: 3,514 dəfə • 2 şərh

Bu gün günorta saatlarında Sumqayıt şəhərində dəhşətli avtomobil qəzası baş berib. Belə ki, şəhərin Sahil küçəsi ilə hərəkət edən “Hyunday Accent” markalı avtomobil Corat yaxınlığında qəza törədib. Sürət həddini aşan sürücü idarəetməni itirərək avtomobili Corat abidəsi yaxnınlığında olan avtobus dayanacağına çırpıb. Xoşbəxtlikdən dayanacaqda sərnişin olmayıb. Amma bu  dəhşətli qəza itkisiz ötüşməyib. Sürücü hadisə yerindəcə ölüb. Avtomobildə olan digər sərnişin isə ağır bədən xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib. Avtobus dayanacağı isə tamamilə yararsız hala düşüb.

Şəhərin 6-cı mikrorayonda fəaliyyət göstərən Avtoyuma məntəqələrinin birinə müştəri avtomobilini yumaq üçün qoyub. Orada çalışan işçilərdən biri müştərinin avtomobilini götürərək sükan arxasına oturub. Yanında da dostu olub. Nəticədə isə məlum qəza baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır və əlavə məlumat veriləcək.
Xeberle.com
qeza33 qeza2 qeza3
Facebook Şərhləndirmə:

“Sumqayıtda dəhşətli qəza: avtomobil dayanacağa çırpıldı – ölən və ağır yaralı var – VİDEO+FOTO” yazısına 2 cavab

  1. ibrahim deyir:

    allah rehmet elesin

  2. Məhyəddin Rüstəmov deyir:

    Allah rəhmət etsin sənə Hüseyn

Şərhinizi yazın