Menu
Geri İrəli

Sumqayıtda ər keçmiş arvadını qısqandı və onu bıçaqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2016 • Baxış sayı: 619 dəfə • Şərh yoxdur

bicaqlanmaSumqayıtda bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə 3-cü mikrorayonda qeydə alınıb.

Sumqayıt şəhər polis idarəsinin sahə inspektorunun verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayıb.

“Onların bir neçə il əvvəl rəsmi nikahları pozulub. Qadın 3-cü mikrorayonda kirayə yaşayırmış. Keçmiş ər-arvad arasında mübahisə qısqanclıq zəminində olub”.

Tutuxanım Cəfərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Samir Verdiyev isə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın