Menu
Geri İrəli

Sumqayıtda ev qarət edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2013 • Baxış sayı: 356 dəfə • Şərh yoxdur

Sumqayıt sakininin evi qarət edilib. Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, 9-cu mikrorayonda  yaşayan Etibar Əliyev Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək evinin qarət edildiyini və mənzildən 6 min manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və hadisə baş verən evə baxış keçirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğuluq hadisəsinin üstü açılıb. Məlum olub ki, E. Əliyevin evini qarət edən onun qaynı Bəhruz Məmmədov olub. B. Məmmədov tutularaq istintaqa təhvil verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın