Menu
Geri İrəli

Sumqayıtda ev yanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2016 • Baxış sayı: 1,265 dəfə • Şərh yoxdur
Share Button

ev yanqinZərərçəkmiş yanğının qəsdən törədildiyini iddia edir.

Sumqayıtda vətəndaşa məxsus evdə yanğın faktı qeydə alınıb. sumqayitxeber.com anspress-ə istinadən xəbər verir ki,  hadisə Corat qəsəbəsi Nəsimi küçəsi 455A ünvanında baş verib.

Qəsəbə sakini Mətanət Əliyevanın evində güclü yanğın başlayıb. Hadisə yerinə çağırılan Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşısını ala biliblər. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Hadisə vaxtı Mətanət Əliyeva və onun uşaqları evdə olmayıb.

Zərərçəkən evinin qəsdən yandırıldığını iddia edir. Belə ki, naməlum şəxs və ya şəxslər yanğından əvvəl onun pəncərəsini sındırıb. Yanğının baş vermə səbəbləri araşdırılır. Faktla əlaqədar Sumqayıt şəhər 1-ci polis bölməsində araşdırmalara başlanılıb.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın