Menu
Geri İrəli

Sumqayıtda evdən 5 min manat oğurlayan dəstə tutulub

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyun 2013 • Baxış sayı: 416 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda oğurluqla məşğul olan qrup zərərsizləşdirilib.

APA-nın məlumatına görə, Sumqayıt şəhər sakini Şərif Ağalarov polisə ərizə ilə müraciət edərək evindən 5 min manat pul oğurlanması barədə məlumat verib.

Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxslər – 23 yaşlı Möhübbət İslamov, 34 yaşlı Abbas Əliyev, 27 yaşlı Qədir Əliyev və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən 23 yaşlı Firuz Bağıri tutulublar.

Hazırda polis saxlanılan şəxslərin digər cinayətlərinin olub-olmadığını araşdırır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın