Menu
Geri İrəli

Sumqayıtda “Əyri dom”u partlatmaq istəyiblərmiş – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2017 • Baxış sayı: 1,946 dəfə • Şərh yoxdur

1504436674_dinamitYəqin ki, çoxunuz Sumqayıtda “Əyri dom” adını eşitmisiniz. Bu bina Nəriman Nərimanov küçəsində xüsusi layihə əsasında tikilib. Çoxuna maraqlı olar ki, bu bina niyə “Əyri dom” adlanıb?

Bu ifadənin necə yaranmasını araşdırıb. Bu bina Sumqayıtın ən görkəmli, otaqlarının genişliyi ilə seçilən binası olub. Sonralar bina yarım metr əyildiyi üçün onu hasara alıblar və binanın əvvəlki vəziyyətini qaytarmaq üçün çoxsaylı mütəxəssislər onun üzərində “baş sındırıblar”.

Nəticədə qərara gəliblər ki, orada yaşayan əhali köçürülsün, bina isə ya altına dinamitlər qoyularaq partladılsın, ya da xüsusi mexanizm vasitəsilə sökülsün. Lakin bəziləri Sankt-Peterburqda da bu tipdə əyri binaların olduğunu və oradan mütəxəssis gətirilərsə, bu işin həll ola biləcəyi fikrini irəli sürüb. Mütəxəssis gəlib və müəyyən yoxlamalar apardıqdan sonra binanın əyriliyini düzəltmək üçün altına beton tökülüb. Buna baxmayaraq müəyyən müddət orada əhalinin yaşaması üçün yarana biləcək təhlükədən ehtiyat edərək bina hasara alınıb. Sonradan mütəxəssislər şəhər rəhbərliyini əmin edib ki, binada heç bir problem yaranmayacaq və o, şəhərin ən dözümlü binalarından biri olacaq.  (xeberle.com)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın