Menu
Geri İrəli

Sumqayıtda göyərçin oğrusu tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2015 • Baxış sayı: 493 dəfə • Şərh yoxdur

630017DİN məlumat yaydı.Sumqayıtda göyərçin oğrusu tutulub.

Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib.

Belə ki, Famil Hacıyevə məxsus 21 göyərçin naməlum şəxs tərəfindən oğurlanıb.

Hadisə ilə əlaqədar Sumqayıt ŞPİ 1-ci PB əməkdaşları əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-nə keçən gecə Corat qəsəbə sakini Famil Hacıyevə məxsus 21 göyərçini oğurlamış şəhər sakini Şəhriyar İsayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın