Menu
Geri İrəli

Sumqayıtda iki aylıq körpəni oğurlayan qadından YENİ XƏBƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2015 • Baxış sayı: 439 dəfə • Şərh yoxdur

usaq oqrusuBakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Lent.az-ın məlumatına görə, X. Babayevanın vəkili Anar Qasımlı artıq şikayəti məhkəməyə təqdim edib. O, hüquqların müdafiə elədiyi şəxsin həbs müddətinin azaldımasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. Babayeva 11 il müddətinə azadlıqdan məhrum edilib

Qeyd edək ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.
Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Qeyd edək ki, A.Əhmədova körpəsini daha sonra uşaq evinə verib. O, bu qərarını övladını saxlaya bilməməsi ilə izah edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın