Menu
Geri İrəli

Sumqayıtda iki maşın toqquşdu: 1 nəfər öldü, 3 nəfər yaralandı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2013 • Baxış sayı: 436 dəfə • 2 şərh

Sumqayıtda ölümlə nəticələnən ağır qəza baş verib.

Gün.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində şəhər sakinləri Sərdar Məmmədovun idarə etdiyi “VAZ-21099” və Elçin Orucovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub.

Hadisə nəticəsində “VAZ-21099”un sürücüsü S.Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

“Mercedes”in sürücüsü E.Orucov və sərnişinləri, şəhər sakinləri Zaur Novruzov və Emin Abdullayev isə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Fərid Ədalət
Gün.Az

Facebook Şərhləndirmə:

“Sumqayıtda iki maşın toqquşdu: 1 nəfər öldü, 3 nəfər yaralandı” yazısına 2 cavab

  1. Namiq deyir:

    Bu ölümcül hadisə dünən 12.08.2013-cu ildə Bakı-Quba yolunda baş verib. Çox ağır yol nəqliyyat hadisəsi idi. Təxminən 18:00-18:15 radələrində olmuşdu. Ordan keçirdim. Mən ordan keçəndə hadisə 5-10 dəq olar baş vermişdi. Yolda tıxac yaranmışdı. Sumqayıta gəlirdim. Vaz 21099 zərbənin təsirindən Bakı-Quba yolunun Bakı istiqamətində gedən hissəsində yolun kənarında olan qoruyucunun üstünə çıxıb orda qalmışdır. Sürücü də içərisində hərəkətsiz şəkildə sıxılıb qalmışdı. Deyəsən artıq elə ordaca keçinmişdi. Gələndə yolda o istiqamətə gedən FHN maşınlarını da gördüm. Allah Rəhmət Eləsin.

  2. Sirac deyir:

    Serdar M. qonsumuz idi,Alla rehmet elesin!

Şərhinizi yazın