Menu
Geri İrəli

Sumqayıtda iki nəfəri bıçaqlayıb, bir maşına atəş acan şəxs saxlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2016 • Baxış sayı: 174 dəfə • Şərh yoxdur

silahSumqayıt şəhərində bir neçə cinayət törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 26-da Zaur Bayramov və Aydın Əliyev bıçaqlanıb. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəsə xəsarət yetirən Ceyhun Əliyev tutulub.

Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 24-də şəhər sakini Ümüd Nəcəfovun idarə etdiyi “Toyota” markalı avtomobilə odlu silahdan (tüfəngdən) atəş açması da müəyyən edilib.

Murad Əhməd

Facebook Şərhləndirmə:

Şərhinizi yazın