Menu
Geri İrəli

Sumqayıtda keçmiş polis işçisi arvadını öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2017 • Baxış sayı: 2,118 dəfə • Şərh yoxdur
Share Button
olum8Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.
Nazim adlı keçmiş polis əməkdaşı həyat yoldaşı 1967-ci il təvəllüdlü Allahverdiyeva Nurbahar Ağacan qızını bıçaqlayıb. N.Allahverdiyeva bədənin kəsilmiş-deşilmiş yaraları diqanozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxanadan  verilən məlumata görə, qadına dərhal cərrahi müdaxilə edilib və əməliyyata götürülüb. Əməliyyat uğurlu keçsə də, sonradan qadının vəziyyəti pisləşib və dünyasını dəyişib. Qadının ölmə səbəbi Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra məlum olacaq. Hadisəni törədən qadının həyat yoldaşı könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.  xeberle.com
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın