Menu
Geri İrəli

Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2014 • Baxış sayı: 325 dəfə • Şərh yoxdur

Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 3 nəfər zərərçəkmiş mənzildə köməksiz vəziyyətdə qalıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 5-ci mərtəbədəki mənzilin eyvanından enərək, içəri daxil olublar.

Zərərçəkmişlər aidiyyəti üzrə təhvil veriliblər.

xilasedici

Facebook Şərhləndirmə:

Şərhinizi yazın