Menu
Geri İrəli

Sumqayıtda mağazadan naqil oğurlayan şəxslərdən biri məhkəmə zalından azadlığa buraxılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2016 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

hebs23Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Elxan Muxtarov və Samir Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Samir Aslanov 6 il müddətinə azadlıqdan məhrum edilib. E. Muxtarov isə 1000 manat cərimə olunaraq, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, təqsirləndirilən şəxslər Sumqayıt şəhərində tikinti materialları satılan mağazalardan naqil oğurlamaqda ittiham olunublar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın