Menu
Geri İrəli

Sumqayıtda maşın ağaca çırpıldı – 1 ölü, 2 yaralı

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2016 • Baxış sayı: 1,205 dəfə • Şərh yoxdur

qezaSəhər saatlarında Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində “Renault” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Ölkə.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatdan dərhal sonra nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın