Menu
Geri İrəli

Sumqayıtda mənşəyi məlum olmayan 5 ton ət basdırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 704 dəfə • Şərh yoxdur

menseyimelumolmayanet;erAzərbaycanda aşkar edilmiş mənşəyi məlum olmayan ətlər zərərsizləşdirilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 3-də həmin ətlər yükü gətirən “Mersedes Benz Ateco” markalı “99 CP 289″ dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsünün, KİV və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək başdırılıb.

Xatırladaq ki, noyabrın 30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Azərbaycan Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mersedes” markalı yük avtomaşını saxlanılmışdı. Heyvan cəmdəklərindən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisi müəyyən olunub. Biokimyəvi müayinə nəticəsində isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyən edilib. Aparılan müayinələrin nəticəsinə əsasən, qida üçün yararsız olduğundan və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyindən satış məqsədilə gətirilən 5 tona yaxın ətin zərərsizləşdirilməsinə qərar verilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın