Menu
Geri İrəli

Sumqayıtda mənzildə köməksiz qalan azyaşlı xilas edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2014 • Baxış sayı: 430 dəfə • Şərh yoxdur

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin pəncərəsindən enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:36-da başa çatdırılıb. sumqayitxeber.com

xilas

Facebook Şərhləndirmə:

Şərhinizi yazın