Menu
Geri İrəli

Sumqayıtda minik avtomobili yük qatarı ilə toqquşdu: ölən var

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2016 • Baxış sayı: 415 dəfə • Şərh yoxdur
qeza-56Sumqayıtda ağır yol qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 34–cü km-də, Sumqayıt şəhəri ərazisində “VAZ” markalı minik avtomobilin yük qatarı ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvan oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:07-də başa çatıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın