Menu
Geri İrəli

Sumqayıtda narkotik alverçiləri həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 619 dəfə • 1 şərh

hebs2Sumqayıt şəhərində narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.  Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əhmədov həbs edilib.

Arif Əhmədovdan 507,12 qram heroin və 3 kiloqram 105 qram marixuana götürülüb. Oxşar əməliyyat şəhərin Corat qəsəbəsində də keçirilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xandadaş Mirzəyevdən 10,21 qram heroin götürülüb.

Onun evinə baxış zamanı isə 652 qram heroin aşkar edilib. Hər iki faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Facebook Şərhləndirmə:

“Sumqayıtda narkotik alverçiləri həbs edildi” yazısına bir cavab

  1. Solmaz Cahangirova deyir:

    Corat bağlarında narkotik alverçilərini, , eləcə də çox bahalı maşınlarla buraya gələnlərə iynə vurmaq üçün yer verən xanımı çoxları tanıyır,amma buna göz yummaqla bərabər himayə edənləri də var.

Şərhinizi yazın