Menu
Geri İrəli

Sumqayıtda “NİVA” piyadanı vurub öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2013 • Baxış sayı: 247 dəfə • Şərh yoxdur

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, martın 16-da saat 21.30 radələrində Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Şabran rayon sakini Xeyrulla Cəlilov “NİVA” markalı avtomaşını idarə edərkən, yolu keçən şəhər sakini Gülsüm Cəbiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işi açılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın