Menu
Geri İrəli

Sumqayıtda oğru ev sahibi tərəfindən tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2017 • Baxış sayı: 609 dəfə • Şərh yoxdur
Share Button

ogruSumqayıtda oğru mənzli qarət edərkən yaxalanıb.

Daxili İşlər Nazirliyindən sumqayitxeber.com-a verilən məlumata görə, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib.

Araşdırma davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın