Menu
Geri İrəli

Sumqayıtda oğurlanmış mikroavtobus metal qəbulu məntəqəsində tapılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyun 2017 • Baxış sayı: 607 dəfə • Şərh yoxdur

1304739a419448cdae357b7ef025c46eSumqayıt şəhər sakini Dəyanət Hümbətov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edərək 39-cu məhəllənin ərazisindəki avtoservisin yaxınlığında saxladığı mikroavtobusun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yerinə gələn Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin mikroavtobusun texniki cəhətdən nasaz vəziyyətdə olduğundan uzun müddətdən bəri təmirə saxlanıldığı, buna görə də onu sürərək aparmağın mümkün olmadığı müəyyən edilib.

Polis əməkdaşları avtomobilin evakuatorla aparılması barədə məlumat əldə ediblər. Həmin evakuator tapılaraq sürücüsü Polis Bölməsinə dəvət edilib. O, mikroavtobusu müraciət edən şəxslə birlikdə şəhər ərazisindəki metal qəbulu məntəqələrindən birinə apardığını bildirib. Orada olan polis əməkdaşları avtomobilin 40 manat müqabilində satıldığını aşkar ediblər.

Oğurluğu törədən şəhər sakini Tural Hüseynov 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. T. Hüseynov ifadəsində köhnə mikroavtobusun uzun müddətdən bəri həmin yerdə saxlanıldığından sahibsiz olduğunu düşünərək bu əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın