Menu
Geri İrəli

Sumqayıtda oğurluğa cəhd edən şəxs tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2015 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

ogurluqSumqayıtda oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb. Lent.az-ın məlumatına görə, Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh küçəsi 2 ünvanında yerləşən “Göyərçin” marketin pəncərəsini xüsusi düzəldilmiş alətlə açmaq istəyən  Sumqayıtdakı 2 saylı internat məktəbində məskunlaşan 1986-cü il təvəllüdlü Məmmədov İmdad Fikrət oğlu saxlanılıb.

Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanan şəxs sonrakı araşdırmalar aparılması üçün Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin 4-cü PB-də araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın