Menu
Geri İrəli

Sumqayıtda ömrün 37-ci baharında bitən nazirlik xilasedicisinin taleyi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2017 • Baxış sayı: 3,040 dəfə • Şərh yoxdur

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda baş verən bədbəxt hadisə nəticəsində vəzifə borcunu yerinə yetirən Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin xilasedicisi Məmmədov Ruslan Teymur oğlu həlak olub.

Daxili xidmət baş çavuşu Məmmədov Ruslan Teymur oğlu 17 iyun 1980-ci ildə Laçın şəhərində anadan olub. 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş Məmmədov Ruslan ailəsi ilə birgə Sumqayıt şəhər 50 saylı uşaq bağçasında müvəqqəti olaraq məskunlaşmışdır. Ailəlidir. 2 övladı var.

Mərhum 2009-cu ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində xilasedici vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə öz müsbət keyfiyyətlərinə görə kollektivin hörmət və rəğbətini qazanmışdır. Xidmətdə fərqləndiyi üçün 3-cü və 2-ci dərəcəli ” Xilasedici” döş nişanları və “AR FHN-nin 10 illiyi (2005-2015)” yubiley medalı ilə təltif olunub. Müxtəlif fövqəladə hallar şəraitində xilasetmə işlərində fəal iştirak etmişdir, xidmətdə istifadə olunan xilasetmə alət və avadanlıqlarından, ləvazimatlardan və cihazlardan məharətlə istifadə etməyi bacarırdı. Mürəkkəb şəraitlərdə işləmək qabiliyyəti və düzgün qərar qəbul etmək bacarığına malik şəxs kimi ləyaqətlə xidməti vəzifəsini yerinə yetirmişdir. Mərhum vəzifə borcunu yerinə yetirərkən dünyasını dəyişmişdir.

Ruslan Məmmədov bu gün Xırdalan qəbiristanlığında torpağa basdırılıb.  Xeberle.com

 Sumqayıtda ömrün 37-ci baharında bitən nazirlik xilasedicisinin taleyi - FOTOLAR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın