Menu
Geri İrəli

Sumqayıtda polis veteranlarının iştirakı ilə 250-dən çox cinayətin üstü açılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2017 • Baxış sayı: 860 dəfə • Şərh yoxdur

14994328976107050986_1000x669Ölkəmizdə polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir. Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.

Daxili İşlər Nazirliyindən AZƏRTAC–a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Veteranlar Şurası Polis İdarəsinin şəxsi heyətli ilə sıx təmasda olur, gənc əməkdaşlarla mütəmadi görüşür, onlara öz məsləhətlərini və tövsiyələrini verirlər.

Belə ki, cari ilin 6 ayında veteranlar polis və şəhər Təhsil Şöbəsinin əməkdaşları ilə birlikdə şəhərin ümumtəhsil məktəblərində, liseylərdə və kolleclərdə gənclərin vətənpərvər ruhda böyümələri, zərərli vərdişlərə, narkomaniyaya və radikal dini qurumlara qoşulmalarının qarşısının alınması məqsədi ilə şagirdlərlə 43 görüş keçirib və maarifləndirici söhbətlər aparıblar.

Bu ilin birinci yarısında Sumqayıt Şəhər Polis İdarəsinin Veteranlar Şurasının üzvləri 253 cinayətin açılmasında yaxından iştirak ediblər. Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi Sumqayıt şəhər və Polis İdarəsi rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın