Menu
Geri İrəli

Sumqayıtda qadın kirayədə qaldığı evdə öldürüldü

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2013 • Baxış sayı: 531 dəfə • 1 şərh

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 14-cü məhəllə, ev 12/21 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan Siyəzən sakini, bıçaqlanaraq qətlə yetirilmiş 45 yaşlı Arzu Mehbalı qızı Nəcəfovanın meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gələrək araşdırmalara başlayıblar. Araşdırmalar zamanı qadının 2-3 gün əvvəl qətlə yetirildiyi müəyyənləşib.
Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda qadın kirayədə qaldığı evdə öldürüldü” yazısına bir cavab

Şərhinizi yazın