Menu
Geri İrəli

Sumqayıtda qadın özümü 4-cü mərtəbədən atmaq istədi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2014 • Baxış sayı: 1,054 dəfə • 2 şərh
Share Button

Qadın tələbləri yerinə yetirilmədiyi təqdirdə özünü atacağını bildirib

Bu gün saat 2 radələrində Sumqayıt şəhər 30-cu məhəllədə, Nəriman Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsindəki yaşayış binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq ortayaşlı bir qadın tələblərinin həyata keçmədiyi halda özünü aşağı atacağını bildirib. 168saat.com-a daxil olan məlumata görə, dərhal əraziyə çox saylı insan toplaşmış, avtomobillərin hərəkətində problemlər yaşanıb. Hadisə yerinə gəlmiş polis işçiləri  qadını eyvandan geri çəkə bilməyiblər.

Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Onlar binanın damından eyvana düşərək qadını tutaraq, həyatını xilas ediblər.

Özünü öldürməyə cəhd etməklə cəmiyyətin diqqətini cəlb etmək istəyən qadının hansı tələblər irəli sürməsi məlum deyil.

intihar

 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda qadın özümü 4-cü mərtəbədən atmaq istədi” yazısına 2 cavab

  1. sona deyir:

    men bawa duwe bilmiremki ozunu atandan sonra telebleri yerine yetecek?allah belelerine agil versin vallah

  2. sona deyir:

    sumqayitda 1 ci sinife hazirlawdiran muellime axtariram oz evinde olsun

Şərhinizi yazın