Menu
Geri İrəli

Sumqayıtda qanlı hadisə

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2015 • Baxış sayı: 812 dəfə • Şərh yoxdur

1355163193_bicaq-qanli-eldeSumqatıyda iki tanışın şəxsi münasibətlərə aydınlıq gətirmək istəməsi  birinin ağır yaralanması ilə nəticələnib. Baş verən qanlı hadisəni Abşeron polisi araşdırır.

Ötən gün Sumqayıt şəhər xəstəxanasından Abşeron rayon Polis İdarəsinə bir nəfərin ağır bıçaq yarası alması məlumatı daxil olub. Dərhal əməliyyata başlayan polis Saray qəsəbə sakini Arif Ağayevin tanışı Tural Ağayev tərəfindən bıçaqlanmasını müəyyən edib. Çox keçməyib ki, qanlı hadisəni törədən Tural Ağayev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisəni törədən Tural Ağayev tutduğu əmələ görə peşiman olmadığını bildirib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın