Menu
Geri İrəli

Sumqayıtda şadlıq sarayından oğurluq edənlər tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2014 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur

Qadin qandal hebs 070512Sumqayıt şəhərində bağ evindən oğurluq edənlər həbs edilib.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Hikmət Nəsirov və Ağdam rayon sakini Vüsal Fərzəliyev saxlanılıblar.

Onlar bu ilin oktyabr ayının 31-nə keçən gecə Xəzər bağlar sahəsində yaşayan Gülyar Məmmədovun evindən pəncərədən girmək yolu ilə geyim və məişət əşyaları oğurlayıblar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün Əliabbas Rüstəmova məxsus şadlıq sarayından məişət əşyaları oğurlamaları da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın