Menu
Geri İrəli

Sumqayıtda saxlanılan hüquqşünasın məhkəməsi başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2016 • Baxış sayı: 576 dəfə • Şərh yoxdur

Mehkeme-cekic1Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah gəzdirməkdə təqsirləndirilən Vüqar Abışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, V. Abışov ötən il Sumqayıtda saxlanılıb. Onun üzərindən odlu silah aşkar edilib. Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham edilən V. Abışovun hüquqşünas olduğu, əvvəllər Sumqayıtdakı zavodlardan birində çalışdığı bildirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın