Menu
Geri İrəli

Sumqayıtda “SAZZ” müştəri xidmətlərindən oğurluq edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2013 • Baxış sayı: 680 dəfə • 2 şərh
Share Button

Sumqayıtda “SAZZ” müştəri xidmətlərindən oğurluq edilib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən baş verib.

“SAZZ” müştəri xidmətlərinin əməkdaşı polisə zəng edərək onlara məxsus ofisdən açar seçmə yolu ilə 3 min manat pul, qeydiyyat kartları və kompüterlərin oğurlanması barədə məlumat verib.

Hadisə barədə polisə məlumat daxil olan kimi araşdırmalara başlanıb. Araşdırmalar zamanı müəyyən edilib ki, oğurluğu “SAZZ” müştəri xidmətlərinin əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Xanhəsən oğlu Ağayev özü edib. E. Ağayev polis tərəfindən saxlanılıb.

İdarədən həmçinin bildirilib ki, müştəri xidmətlərindən oğurluq edilməsi barədə polisə məlumat verən də məhz E. Ağayev olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda “SAZZ” müştəri xidmətlərindən oğurluq edilib” yazısına 2 cavab

  1. Elnare deyir:

    Sumqayitda son zamanlar oqurluq hallari artib. Coxunu tapmirlar da

  2. Sonya deyir:

    İş olmayanda oğurluq baş alıb gedir

Şərhinizi yazın