Menu
Geri İrəli

Sumqayıtda silsilə oğurluqlar edən şəxs tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2017 • Baxış sayı: 410 dəfə • Şərh yoxdur
Share Button

hebsOktyabrın 18-də saat 8:00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Bölməsinə təhvil verilib.

DİN-dən verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini Elşən Mustafayevolduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın