Menu
Geri İrəli

Sumqayıtda soyğunçuluq edən üç maskalı tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyun 2016 • Baxış sayı: 1,400 dəfə • Şərh yoxdur

Sumqayıtda yük avtomobilinə basqın edən şəxslər saxlanıb.
1466062723

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov tutulub. Hadisə iştirakçılarından Azər Zəkiyev isə müəyyən edilib. Onun yaxalanaraq istintaqa təqdim olunması üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb.
Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə basqın edən maskalı şəxslər onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb, hadisə yerini tərk ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın