Menu
Geri İrəli

Sumqayıtda taksi sürücüsünü öldürənlər 32 il cəza aldılar Facebook

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2015 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Nazim Mərdanov (1979-cu il təv.) və Vüqar Məmmədovun (1986-cı il təv.) CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və ya satma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu il aprelin 19-da Z.Tağıyev qəsəbəsində Sumqayıt ş. polis idarəsi və şəhər prokurorluğunun əməkdaşları üzərində zorakılıq əlamətləri ilə 25-30 yaşlı kişi meyiti aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, mərhum Sumqayıt sakini Amid Qurbatovdır (1989-cu il təv.), o ailəsi ilə şəhərdə yaşayıb və fərdi qaydada özünə məxsus “VAZ 2107” markalı maşınla taksi fəaliyyəti ilə məşğul olub.

hebse-mehkum-olunan-030910Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun ölümünə ürək və ağciyər nahiyyələrinin zədələnməsi nəticəsində inkişaf etmiş kəskin qanitirmə səbəb olub.

Hadisədən 2 gün sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nazim Mərdanov və Vüqar Məmmədov saxlanılıblar, dindirmə zamanı onlar sözügedən cinayəti törətdiklərini etiraf ediblər.

İstintaqla müəyyən edilib ki, Nazim Mərdanov maddi vəziyyətlərini düzəltmək üçün dostu Vüqar Məmmədova taksi sürücüsünü qarət etməyi, ona məxsus avtomobili ələ keçirməyi təklif edib. Bir neçə gün müşahidə apardıqdan sonra onlar “əlverişli variantlar” haqda düşünüblər və nəhayət, hədəf kimi 11-ci mikrorayonda, marketin qarşısında dayanan ağ rəngli “VAZ 2107” markalı avtomobilin sürücüsünü seçiblər. Aprelin 18-i axşam saat 22 radələrində sürücüyə yaxınlaşan cinayətkarlar 8 manat müqabilində Tağıyev qəsəbəsinə getmək barədə razılaşıblar.

Məmmədov sürücünün yanında, Mərdanov isə arxa oturacaqda əyləşib. Xalası həmin qəsəbədə yaşadığına görə Nazim həmin ərazini yaxşı tanıyıb, onun göstərişi ilə sürücü maşını dəmir yolunun yanında, boş ərazidə saxlayıb. Dərhal Nazim Amid Qurbatovun boynundan tutub, böyrünə bıçağı dirəməklə pul verməsini və açarı avtomobildə qoyaraq, düşməsini tələb edib.

Digər tərəfdən yaxınlaşan Vüqara sürücü cibində olan 32 manat pulu verib, lakin sonra Amid qışqırıb, vətəndaşları köməyə çağırmağa başlayıb. Bunu görən Vüqar Amidə badalaq vurub, yerə yıxıb, əsəbiləşən Nazim isə ona zərbələr vurmağa başlayıb. İlk xəsarətləri döş qəfəsinə vurub, qalanları isə boğazına və boynuna dəyib. Daha sonra Mərdanov sükan arxasına oturub və maşını idarə etməklə dayanacağa gətirərək, öncədən 2 günün pulunu ödəyib. Bu vaxt ərzində onlar müştəri tapıb, avtomobili satmaq niyyətində olublar, lakin tutulublar.

Məhkəmə prosesində Nazim Mərdanov özünü qismən təqsirli hesab edərək, qeyd edib ki, onun əsas məqsədi avtomobili qaçırmaq olub, sürücünü heç kim öldürmək istəməyib:

“Əgər o qışqırmağa başlamasaydı, mən onu vuran deyildim”.

Təqsirləndirilən Vüqar Məmmədov ittihamlar üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, heç kimə hədə-qorxu gəlməyib və mərhuma bıçaq zərbələri vurmayıb. Onun iştirakı ondan ibarət olub ki, o həmin avtomobilə minib və qəsəbəyə çatanda sürücünün qışqırığının qarşısını almaq üçün onu yerə yıxıb.

Məhkəmənin hökmü ilə N.Mərdanov 17, V.Məmmədov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar./oxu

Facebook Şərhləndirmə:

Şərhinizi yazın