Menu
Geri İrəli

Sumqayıtda uşaq oğurlamaqda suçlanan qadının məhkəməsi başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2015 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur

usaq oqrusuBakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağın oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un verdiyi xəbərə görə, məhkəmə prosesinə hakim Ramella Allahverdiyeva sədrlik edir.

Bugünkü prosesdə şahid ifadələri dinlənildi. Təqsirləndirilən şəxsin ifadə verməsi növbəti proseslərə saxlandı. Daha sonra növbəti məhkəmə prosesinin yanvarın 14-nə təyin olunduğu elan edildi.

Qeyd edək ki, 2014-cü il, avqust ayının 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki Nəsimi adına parkda olarkən iki aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.

Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Qeyd edək ki, A.Əhmədova körpəsini daha sonra uşaq evinə verib. O, bu qərarını övladını saxlaya bilməməsi ilə izah edib.

Təqsirləndirilən şəxs isə ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, ifadəsində uşağın anası ilə parkda tanış olduğunu, uşağı pul müqabilində ona satdığını deyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın