Menu
Geri İrəli

Sumqayıtda “vendetta”: Oğul atasının qatilini güllələdi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2015 • Baxış sayı: 1,069 dəfə • 1 şərh

1O, özünü təqsirli bilib.

Bakı Ağır cinayətlər məhkəməsində Sumqayıt şəhər sakini Yusif Həşimovun (1984-cü il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə), 228.1 (qanunsuz odlu silahı əldə etmə, satma, saxlama və gəzdirmə) və 229.1 (qanunsuz olaraq odlu silahı hazırlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ittiham aktına əsasən, ötən il mayın 18-də Z.Tağıyev qəsəbəsindəki qəbirstanlığda silahlı insident baş verib, bacısının 40 mərasimində iştirak edən şəhər sakini, 60 yaşlı Rafiq Məmmədov Yusif Həşimov tərəfindən qətlə yetirilib.

Yaralanan şəxs xəstəxanaya aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib. Daxil olan məlumat əsasında ŞPİ və prokurorluq əməkdaşları hadisə yerində müvafiq müayinə aparıblar, elə həmin gün Həşimov şübhəli şəxs qismində saxlanılıb və ondan maddi sübut olaraq “TOZ-B” markalı tüfəng götürülüb.

İsintaqla müəyyən edilib ki, 1983-cü ildə Rafiq Məmmədov təqsirləndirilən şəxsin atası Əlibala Həşimovu bıçaqlayaraq qətlə yetirib. Törətdiyi cinayətə görə o tutulub və məhkəmənin hökmü ilə 7 il müddətinə cəzalandırılıb. İstintaqa məlum olmayan mənbədən silah əldə edən Yusif onu yaşadığı M.Müşviq küçəsi, 31 ünvanında saxlayıb. Mayın 18-də o, xəbər tutub ki, qəbirstanlığda keçirilən mərasimə Rafiq Məmmədov da gələcək, buna görə o səhər saat 10 radələrində silahı çantaya yerləşdirərək, ora yollanıb. 2-3 saat gözləyəndən sonra Həşimov qəbirstanlığa bir neçə avtomaşının gəldiyini görüb. O, silahı atəşə hazır vəziyyətə gətirib və məzarın yanına toplaşan insanlara yaxınlaşaraq, yaxın məsafədən Məmmədova atəş açıb.

Məhkəmə prosesində Yusif Həşimov ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

C.H.
www.oxu.az

Facebook Şərhləndirmə:

“Sumqayıtda “vendetta”: Oğul atasının qatilini güllələdi – FOTO” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Qeyrətli oğuldur! Düz eləyib atasının qisasını alıb. Axı, Rafiq Məmmədov onun atasını niyə öldürürdü ki?!.

Şərhinizi yazın